عربي
Ministry Website
The embassy of Jordan in Baku

İordaniyanın Səfiri Cənab Ömər Əl-Nahar Azərbaycanın gənclər və idman naziri ilə görüşüb

İordaniyanın Səfiri Cənab Ömər Əl-Nahar Azərbaycanın gənclər və idman naziri ilə görüşüb

İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri cənab Ömər Əl-Nahar Gənclər və İdman Naziri cənab Fərid Qayıbov ilə görüşüb.

Cənab Nazir Səfiri salamlayaraq, Azərbaycanda gənclər siyasəti və idman sahəsində əldə olunan nailiyyətlər və həyata keçirilən tədbirlər barədə məlumat verib.

Səfir Əl-Nahar səmimi qəbula görə minnətdarlığını bildirib. Görüş zamanı İordaniya ilə Azərbaycan arasında gənclər siyasəti və idman sahələrində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.